“Qəbələ” hazırlığa başlayıb

Avropa Liqasının III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” Afinada keçiriləcək ilk matçın hazırlığına başlayıb. SİA-nın məlumatına görə, II təsnifat mərhələsində Polşanın “Yagelloniya” klubuna səfərdə 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” məşqlərinə Varşavada start verib. “Qəbələ” bu gün növbəti məşqini də Varşavada gerçəkləşdirəcək.

Komanda sabah Yunanıstana yollanacaq. “Qırmızı-qaralar” iyulun 27-də keçiriləcək oyunun hazırlıqlarını Afinada davam etdirəcək.

Qeyd edək ki, Afinadakı “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” - “Qəbələ” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə