“Milan” Dieqo Kostanı heyətinə qatmaq istəyir

“Milan” heyətini “Çelsi”nin hücumçusu Dieqo Kosta ilə gücləndirməyi planlaşdırır. SİA-nın məlumatına görə, İtaliya təmsilçisi təcrübəli forvardı icarə əsasında heyətinə qatmaq istəyir.

Belə ki, Kosta tezliklə “Çelsi”dən ayrılacaq. Antonio Konte açıq şəkildə bəyan edib ki, əslən braziliyalı olan futbolçu daha onun planlarına daxil deyil.

Bu səbəbdən də Kostanın sabiq klubu “Atletiko”ya qayıdacağı gözlənilir. Madrid klubu isə transfer qadağası üzündən transfer reallaşdıra bilməz.

“Milan” da məhz bu məqamdan yararlanaraq onu icarə əsasında heyətinə qatmağı düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə