Neymar PSJ-yə transfer olunmaq üzrədir

“Barselona”nın hücumçusu Neymar PSJ-yə transfer olunmaq üzrədir. SİA-nın məlumatına görə, bu iddia ilə “Paris United” çıxış edib.

Fransa mətbuatı iddia edir ki, Neymar hətta “Barselona”dakı komanda yoldaşlarından bir neçəsinə klubunu dəyişəcəyini bildirib. Onlar da braziliyalı forvardın gedişi ilə barışıblar artıq.

Bundan başqa, Neymar İnstaqramda düşünən vəziyyətdə fotosunu paylaşıb ki, bu da onun PSJ-yə transfer olunacağı haqda söz-söhbətləri gücləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə