"Neftçi” "Zirə"yə qalib gəlib

"Neftçi” təlim-məşq toplanışı çərçivəsində dördüncü yoxlama oyununu keçirib. Qol.az-ın məlumatına görə, komanda "Zirə” ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Tərzin Cahangirov vurub.

Qeyd edək ki, "Neftçi” Bakı toplanışı çərçivəsində sonuncu yoxlama oyununu iyulun 22-də əvəzedici komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə