Əliyar Ağayev yeni təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti dəfə Çempionlar Liqası matçına təyinat alıb. SİA-nın məlumatına görə, o, 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya) oyununu idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək. Oyun iyulun 25-də keçiriləcək.

Xatırladaq ki, Əliyar Ağayev iyulun 19-da keçirilən ÇL-nin II təsnifat mərhələsinin “Rosenborq” (Norveç) - “Dandalk” (İrlandiya) oyununu da idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə