"Səbail” Səudiyyə Ərəbistanı komandasına məğlub olub

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Səbail” ikinci yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandası ilə qarşılaşıb. "Səbail” 1:4 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Murad Ağayev vurub.

Qeyd edək ki, "Səbail"in növbəti rəqibi iyulun 24-də "Paxtakor" (Özbəkistan) olacaq. Samir Əliyevin komandası ilk yoxlama matçında Omanın U-23 yığması ilə qolsuz heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə