Qriqorçukun mətbuat konfransının vaxtı dəqiqləşib

İyulun 20-də UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Qəbələ” Polşanın “Yagelloniya” komandası ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Belostok şəhər stadionunda baş tutacaq “Yagelloniya” - “Qəbələ” matçı öncəsi “qırmızı-qaralar”ın məşqi və baş məşqçi Roman Qriqorçukun mətbuat konfransı keçiriləcək. Oyundan bir gün əvvəl – iyulun 19-da yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30-da) ukraynalı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 20:00-da (Bakı vaxtı ilə 22:00-da) isə “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.

Xatırladaq ki, “Yagelloniya” və “Qəbələ” arasında cavab oyunu iyulun 20-də Belostok şəhər stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə