"Neftçi"nin keçmiş futbolçusu "Sepahan"da

"Neftçi"dən ayrılan braziliyalı futbolçu Jairo Rodriqes Filyonun yeni klubu məlum olub.
Qol.az-ın məlumatına görə, 24 yaşlı mərkəz müdafiəçisi karyerasını İran çempionatında çıxış edən "Sepahan"da davam etdirəcək. İran mətbuatı Jaironun yeni klubunda 13 nömrəli forma ilə çıxış edəcəyini yazıb.
Qeyd edək ki, 2015-2017-ci illərdə “Neftçi”də oynayan “sambaçı” “ağ-qaralar”ın heyətində 33 oyun keçirib və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə