"Neftçi”nin daha bir rəqibi müəyyənləşib

"Neftçi”nin Bakı toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha bir rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, "ağ-qaralar" iyulun 21-də "Zirə” ilə qarşılaşacaq. Məlumatı klubun rəsmi saytı yayıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq görüş saat 18:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” "Zirə” ilə oyunadək - iyulun 19-da "Şüvəlan”la sınaq matçına çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə