"Qalatasaray" müdafiə xəttini gücləndirib

"Qalatasaray" müdafiə xəttini gücləndirib. SİA-nın məlumatına görə, "cim-bom" "Sevilya"dan Mariano Ferreyra Filyo ilə rəsmi müqavilə imzalayıb.

Transferə görə Əndəlus klubuna 4 milyon avro ödəniləcək. Braziliyalı müdafiəçi 3 illik müqaviləyə imza atıb. Onun illik məvacibi 2.3 milyon avro təşkil edəcək.

"Qalatasaray" Çempionlar Liqasına vəsiqə qazansa, 250 min, Marionun 40-cı oyununa görə də 250 min avro bonus kimi "Sevilya"nın büdcəsinə köçürüləcək. "Sarı qırmızılar" Türkiyə Superliqası və Avropa kuboklarında "sambaçı"nın meydana çıxdığı qarşılaşmalarda qazanılan hər xala görə 5 min avro bonus da ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə