"Çelsi" Ginkellə yeni müqavilə bağlayıb

"Çelsi" hollandiyalı yarımmüdafiəçisi Marko van Ginkellə yeni müqavilə bağlayıb. SİA-nın məlumatına görə, tərəflər arasında 2020-ci ilə qədər sözləşmə imzalanıb.

London klubu 25 yaşlı futbolçu ilə müqavilə yeniləsə də, onu yenidən icarəyə göndərib. Belə ki, son iki ildə Hollandiya PSV-sində icarə əsasında çıxış etmiş Ginkel yenə bu komandanın düşərgəsinə qayıdıb. İcarə müddəti bir mövsümlük nəzərdə tutulub.

Qeyd edək ki, "Çelsi"yə 2013-cü ildə "Vitess"dən transfer olunan Hollandiya yığmasının yarımmüdafiəçisi "zadəganlar"da cəmi 2 rəsmi oyuna çıxıb. O, 2014/15 mövsümünü "Milan"da, 2015/16 mövsümünü də "Stok Siti"də icarədə keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə