Çili millisinin futbolçusu "Fənərbaxça"ya transfer olunacaq

Çili millisinin futbolçusu Maurisio İsla karyerasını "Fənərbaxça"da davam etdirməyə yaxındır. SİA-nın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Kalyari" ilə müqaviləsini pozaraq İstanbul klubuna keçmək fikrindədir. İtalyanlar ona istədiyi məvacibi ödəməyə hazır deyil. İyulun 20-da tibbi müayinədən keçəcək futbolçu "sarı lacivərdlilər"lə 3 illik müqavilə imzalayacaq.

Razılaşmaya əsasən "Fənərbaxça" və "Kalyari" arasında yoldaşlıq görüşü də təşkil oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə