Klublarımızın oyunları üçün hakim təyinatları açıqlanıb

Klublarımızın Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyunları üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, “Zirə” - "Astra"(Rumıniya) matçı Gürcüstan Futbol Federasiyasının hakimlərinə tapşırılıb. “Fola” (Lüksemburq) - “İnter” oyununda isə Litva hakimləri iş başında olacaq. “Yagelloniya” - "Qəbələ" qarşılaşması isə Rumıniya Futbol Federasiyasının hakimlərinə həvalə edilib.

20 iyul

21:00. "Zirə" - "Astra"
Hakimlər:
Giorgo Vadaçkoria,
Baş hakimin köməkçiları:Zaza Menteşaşvili, Giorgi Elikaşvili
Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

21:30. "Fola" - "İnter" (Azərbaycan)
Baş hakim:
Donatas Rumsas
Baş hakimin köməkçiləri: Aleksandr Radius, Vladimir Qerasimov
Dördüncü hakim: Robertos Smitas (hamısı Litva)

22:30. "Yagelloniya" - "Qəbələ"
Baş hakim:
Konstasntin Sebastian Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

Bütün xəbərlər Facebook səhifəmizdə