"Yuventus" Hiquaini "Çelsi"yə satmaqdan imtina edib

A Seriyasında son illərin dəyişməz çempionu "Yuventus" Qonzalo Hiquaini "Çelsi"yə satmaqdan imtina edib. SİA-nın məlumatına görə, "zadəganlar" argentinalı hücumçuya görə 100 milyon avro təklif etsələr də, rədd cavabı alıblar. London klubunun qiyməti daha da artıracağı ehtimal edilir. Belə ki, Diyeqo Koştanın "Çelsi"dən ayrılması gözlənilir. Kontenin Romelu Lukakunu transfer etmək planları baş tutmayandan sonra Alvaro Morta üçün də 90 milyon avro təklif edilmişdi.

London təmsilçisi, eyni zamanda "Yuventus"un digər üzvü Aleks Sandronu transfer etməyə çalışır. Hələ ki ingilislərin cəhdləri boşa çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə