"The Guardian": "Mançester Yunayted" Nemanya Matiçi transfer edəcək

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Nemanya Matiçi transfer etmək üzrədir. "The Guardian" nəşrinin yazdığına görə, bununla bağlı iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün "qırmızı şeytanlar" 40 milyon funt sterlinq təzminat ödəyəcək. Serbiyalı yarımmüdafiəçi yeni klubunda həftəsinə 176 min avro maaş alacaq.

Qeyd edək ki, "MY"nın bu transferi bazar gününə kimi açıqlayacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə