PSJ bu futbolçu üçün 100 milyon avro ödəməyə hazırdır!

PSJ heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu "Borussiya"nın oyunçusu Usman Dembeleni transfer etmək istəyir. Bunun üçün klubun Dortmund təmsilçisinə 100 milyon avro ödəməyə hazır olduğu bildirilib. Qeyd edək ki, U.Dembele bundesliqada ötən mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə