Azərbaycan Qran-Prisinin qalibi: "Bakıda Formula 1 yarışları üçün hər cür şərait var"

"Bakıda yarış yüksək səviyyədə təşkil olunmuşdu. Doğrusu, asan qələbə qazandım deyə bilmərəm. Əzimkarlıq nümayiş etdirərək buna nail oldum". SİA-nın məlumatına görə, bunu iyunun 25-də Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Daniel Rikkardo deyib.

Bakıda Formula 1 yarışları üçün hər cür şəraitin olduğunu diqqətə çatdıran D.Rikkardo bildirib: "Tras çox həyəcanvericidir. Kəskin döngələrdən keçərək böyük sürət xəttinə malik düz trasa çıxırsan. Ümumiyyətlə Bakı trasını çox bəyənirəm. Keçən il olduğu kimi, bu il də yarış maraqlı keçdi. Bu il yarışda təhlükəli məqamlar yaşandı. Bunların nəticəsində yarış qəzalarsız ötüşmədi. Dünən mən də qəza etmişdim. Ancaq məyus olmadım. Çox sevinirəm ki, cari mövsümdə ilk qələbəmi qazandım”.

Bütün xəbərlər Facebook səhifəmizdə