"Monako" Valer Jermeni "Marsel"ə satıb

"Monako" futbolçusu Valer Jermeni "Marsel"ə satıb. Bu barədə Knyazlıq klubunun saytı məlumat yayıb. Məlumatda deyilir ki, 27 yaşlı hücumçu ilə bu gün 4 illik rəsmi müqavilə imzalanacaq. Qeyd edək ki, V.Jermen "Monako"da ümumilikdə iştirak etdiyi 200 matçda 49 qol vurub, 21 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə