Taekvondo üzrə master-klass təşkil edilib

Bu gün Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə master-klass təşkil edilib.

Azərbaycan Taekvondo Federasiyasından SİA-ya verilən məlumata görə, 150-ə yaxın uşaq, yeniyetmə və gənc idmançının qatıldığı seminar Avropa çempionu, Dünya Kubokunun bürünc mükafatçısı, əməkdar idman ustası İlkin Şahbazov tərəfindən keçirilib.

İ.Şahbazovun nümayiş etdirdiyi müxtəlif fiziki hərəkətlər və yeni tətbiq edilən qaydalar böyük maraqla qarşılanıb. Gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev də tədbiri müşayət edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə