Bakıda Formula 2 üzrə ikinci yarışa start verildi

Bakıda Formula 2 üzrə ikinci yarışa (8-ci mərhələ) start verilib. SİA-nın məlumatına görə, Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Dünənki birinci yarışdan fərqli olaraq bu dəfəki yarış qrid düzülüşü üzrə təşkil olunub.

Yürüş 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Qeyd edək ki, “PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler Bakıda Formula 2 üzrə birinci yarışın (7-ci mərhələ) qalibi olub. Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə