Formula 1-in pilotları Bakıda azarkeşlərlə görüşdülər -FOTOSESSİYA

Bu gün (25 iyun) Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə zonasında pilotların azarkeşlər üçün avtoqraf sessiyaları təşkil edilib. SİA-nın məlumatına görə, idmansevərlər azarkeşi olduqları pilotlarla görüşərək onlardan avtoqraflar alıblar.

Azarkeşlər bu günkü sessiyalarda “Toro Rosso”, “Sauber” və “Force India” komandalarının pilotları ilə görüşüblər.

Xatırladaq ki, avtoqraf sessiyasının ilk günündə (23 iyun) “McLaren”, “Haas” və “Williams”, iyunun 24-də isə “Red Bull Racing”, “Ferrari”, “Mercedes”, “Renault” komandaların pilotları azarkeşlər qarşısına çıxıblar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə