Formula 1 Azərbaycan Qran-Prisi zamanı hava necə olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin həlledici mərhələsi keçiriləcək. SİA-nın məlumatına görə, pilotlar yarışın ilk 2 günündə olduğu kimi, bu gün də bolidlərini quru havada idarə edəcəklər.

Belə ki, pilotlar qızdırma dövrəsinə yerli vaxtla saat 17:00-da yollanacaqlar. Həmin vaxt temperatur +27 dərəcəyə çatacaq və mülayim külək əsəcək. Yarışın sonuna doğru hərarət +25 dərəcəyə qədər enəcək. Yarış müddətində yağış gözlənilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə