Formula 1 Azərbaycan Qran Prisinin son günündə nələr olacaq?

Bu gün Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsindən öncə və sonra bir neçə tədbir təşkil ediləcək. SİA-nın məlumatına görə, saat 12:40 - 13:00 aralığında “Toro Rosso”, 13:20 - 13:50 aralığında “Sauber”, 13:45 - 14:10 aralığında isə “Force İndia” komandalarının pilotlarının azarkeşlər üçün avtoqraf sessiyaları baş tutacaq.

Eyni zamanda, saat 12:30-13:30 aralığında Paddok klubunun pit yolu gəzintisi, 13:00-da tibbi təftiş, 13:15-13:30 aralığında trasın təftişi və sınaq yürüşü, 14:00-da Formula 2-də ikinci yarış (12 dövrə və ya 45 dəqiqə), 15:00-16:00 aralığında Paddok klubunun pit yolu gəzintisi, 15:30-da pilotların paradı, 15:45-16:15 aralığında açılış mərasimi, start düzülüşünün təqdim olunması, 16:00-da tibbi təftiş, 16:10-16:20 aralığında trasın təftişi, 16:45-də Dövlət himni, 17:00-19:00 aralığında Azərbaycan Qran Prisi və 20:00-da Meray Kerinin konserti təşkil ediləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə