“Zirə” rumıniyalı futbolçunu tansfer edib

Avropa Liqasına hazırlaşan “Zirə” daha bir futbolçunu heyətinə cəlb edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, pataxt təmsilçisi rumıniyalı Qabriel Mateyi tansfer edib. 27 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qabriel Matey ölkəsində “İnternasional”, “Panduri”, “Syaua”, “Akademika” və “Tarqu Mureş” kimi klublarda forma geyinib. Son mövsüm isə müdafiəçi Polşanın “Qurnik” klubunda çıxış edib. Matey həmçinin, Rumıniyanın U-21 milli komandasının da şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə