Pensiyaçılara qarşı edilən dələduzluqla bağlı RƏSMİ AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə yayılan məlumatlara aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı söyləyib ki, burada onların məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır.

Qurum sözçüsü pensiyaçıların diqqətinə çatdırıb ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər: “Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə