Ulu Öndər İstanbulda anıldı FOTOLAR

Bu gün Türkiyənin ən böyük şəhəri İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev parkında Ulu Öndərin anım günü qeyd edilib. SİA-nın İstanbul təmsilçisinin verdiyi məlumata görə, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevin də iştirak etdiyi tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar dahi şəxsiyyətin abidəsi ziyarət olunub.

Tədbirdə həmçinin Sarıyer Bələdiyyəsinin sədri Şükrü Genc, konsulluğun əməkdaşları diplomatlar, qardaş ölkədə fəaliyyət göstərən rəsmi və biznes qurumlarının təmsilçiləri, media nümayəndələri Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklillər və gül dəstələri düzülüblər.

Bundan başqa mərasim iştirakçıları Mustafa Kamal Atatürkün büstünü ziyarət edərək Türk xalqının böyük oğlunun xatirəsinin anıblar.

Namık Kemal YILDIRIM,

SİA, Türkiyə, İstanbul

Bütün xəbərlər Facebook səhifəmizdə