Tarixin yaddaşında əbədiləşmiş böyük Azərbaycanlı

“Mənim həyat amalım, yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmətim olub”
Heydər Əliyev.

Ölümündən sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Çünkü xalq yalnız sevdiklərini yadda saxlayır və hər zaman yaşadır.

Dünya miqyasında çox az şəxsiyyət tapılar ki, Heydər Əliyev kimi siyasi uzunömürlüyə malik olsun, xalqı və milləti tərəfindən belə uzun müddət etibara və etimada layiq görülsün, uzun müddət xalqının xoşbəxtliyi, firavanlığı, inkişafı və müstəqilliyi yolunda fədakarcasına fəaliyyət göstərsin, özündən sonra müstəqil dövlət kimi qiymətli bir miras qoyub getsin.

İstedadlı insanlar və böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zaman və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təstiqini tapan bir fikirdi. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. Çünki, onun hakimiyyətdə olduğu illərdə azərbaycan üçün etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməmişdir. Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, yeni Azərbaycanın qurucusu, xalqın sevimli unudulmaz övladı bunlar hamısı tək ona aiddir, tək onun ünvanınadır. Çünki, o, Azərbaycan səlnaməsində təkrarolunmaz rəhbər, qudrətli dövlət başçısı, fədagar insan kimi yadda qaldı. Çünki, o, Azərbaycanı dünyaya tanıtdı, dünyanı azərbaycana gətirdi. Heydər Əliyevin parlaq dühası onu azərbaycanın ümummili liderinə üstəlik dünya siyasətinin nəhənqlərindən birinə çevirdi.

Görkəmli siyasətçi üçün uzaqgörənlik, düzgün qərar çıxartmaq nə qədər əhəmiyyətlidirsə, rəvan nitqə, yüksək intellektə, təhlil etmək bacarığına yiyələnmək də bir o qədər vacibdir. Bu cəhətdən Heydər Əliyevə uyğun gələn siyasətçi çox az idi. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin obyektiv təhlili göstərdi ki, o, başqalarından fərqli olaraq qeyri-adi zəkaya, böyük enerjiyə, islahatçı təfəkkürə, yüksək analitik təfəkkürə və yenilməz iradəyə malik siyasətçi idi. "Siyasət üçün doğulmuşlar siyasətdən əl çəkdikcə, siyasət onlardan əl çəkmir" - deyimi tamamilə Heydər Əliyevə aid edilə bilər. Ona görə də bir sıra hallarda Heydər Əliyevi "siyasət nəhəngi", "siyasət qrosmeysteri", "siyasət patriarxı"... kimi xarakterizə edirdilər. Qüdrətli dövlət xadimi siyasət aləminin müəllimi, dövlətçilik məktəbinin də yaradıcısı idi. Onun müəllimliyindən çoxlarına pay düşmüşdür.
Misilsiz xidmətlərinə görə Vətəni və xalqı üçün əziz olan Heydər Əliyev öz əməlləri ilə hələ sağlığında ikən müstəqil Azərbaycanın simvollarından birinə çevrilmişdi. O, bugünkü və gələcək tarixində özünə bir əbədilik qazanmış insanlardan biri idi.

Onun Azərbaycana ikinci dəfə qayıdışı daha möhtəşəm oldu. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi. Milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəyə çevirdi. Düzgün və ağıllı siyasətlə hər şeyə nail oldu.

Meydana silahsız gələn bu insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, ölkəmizdə böyük neft erasının əsasını qoydu. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.

Heydər Əliyev ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi.

Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən də biri güclü, sabitliyə qovuşmuş azərbaycan idi isə, digəri, özünə layiq varisin yetişdirilməsi idi. O, öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir prezident yetişdirdi. Uzun ömürlu bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonrada davam edə biləcək bir səxsiyyət qoyub qetdi. Prezident İlham Əliyev sübut etdi ki, o, həqiqətən də öz sələfinə layiq rəhbərdi. Azərbaycanın bu günkü inkişafı bir tərəfdən Heydər Əliyev duhasının qələbəsidirsə, digər tərəfdən varisin uğurudur. Bu gün Heydər Əliyev ideyalarını yaşadan və həqiqətə cevirən azərbaycan sabaha qətiyyətlə qedir, müstəqillik yollarında inamla irəliləyir.

Artıq 16 ildir ki, hər il olduğu kimi 12 dekabr günü Ümummilli lider Heydər Əliyevin vəfati ilə əlaqədar dövlət başçısı cənab prezident İlham Əliyev, onun xanımı Respublikanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ailə üzvləri və eləcədə dövlət və hökümət nümayəndələri fəxri xiyabana qələrək ulu öndərin məzarını ziyarət edirlər. Yüzlərlə insan Ulu Öndərin xatirəsini ehtiramla anaraq məzarı önünə gül çələngləri qoyurlar.
Odur ki, mən də, bir azərbaycanlı kimi, xalqımızın unudulmaz və dahi şəxsiyyəti Heydər Əliyevin vəfatından kədərlənərək öz dərin hüznümü bildirirəm.

Onun xatirəsi, Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır!

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə