Lənkəranda Gənclərin Pəşəkar Biznes Klubunun təqdimatı keçirilib

Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran Şəhər Gənclər və İdman idarəsi, Lənkəran Peşə Liseyi və “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təsis etdiyi “Pəşəkar” Biznes Klubunun açılışı-təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin, Lənkəran Peşə Liseyinin rəhbərlikləri, “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “İVY Group” prezidenti, Rabitəbank və Yelo Bankın Lənkəran filialının rəhbərləri, əməkdaşları, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran üzrə nümayəndəsi və könüllüləri, rayonda müxtəlif biznes fəaliyyəti ilə məşğul olan, eləcə də biznes ideyası olan ictimai-fəal gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Mehman Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, müxtəlif qurumların birgə əməkdaşlığı nəticəsində təsis olunan “Pəşəkar” Biznes Klubunun yarıdılması biznes fəaliyyəti ilə məşğul olan, eləcə də bu istiqamətdə ideya və təşəbbüsləri olan Lənkəran rayonun, həmçinin regionun aktiv gənclərini bir araya yığmaq, cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tərəfindən təsdiq olunmuş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq gənclərin sahibkarlıq fəaliyyətini dətəkləməklə regionda sahibkarlıq mühitinin inkişafına təkan vermək məqsədi daşıyır.

Daha sonra çıxış edən Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimli son dövlər ölkədə həyata keçirilən dövlət təhsil siyasətinin əsas istiqaməti kimi peşə təhsilində baş verən ən son yeniliklərdən, eləcə bu gün cəmiyyətədə peşə təhsilə artan maraqdan danışıb. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşı Sabir Zeynallı, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin Lənkəran filialının rəhbəri Raiq Əliyev çıxış edərək təmsil etdikləri qurumların fəaliyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, təsis edilən “Pəşəkar” Biznes Klubu ilə əməkdaşlığa daim hazır olduqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir “İVY Group” prezidenti Tamerlan Vahabovun mövzu ətrafında təqdimatı və gəncləri mövzu ilə bağlı maraqlandıran interraktiv diskusiya şəklində davam edib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə