Naxçıvan Bölməsində Heydər Əliyev-əbədiyaşar lider mövzusunda tədbir keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutmasında müstəsna xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salan alim bildirib ki, həm Azərbaycanın, həm də onun ayrılmaz tərkib hissəsi Naxçıvan Muxtar Respublikasının günü-gündən inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. Dahi öndərin əbədiyaşar ideyaları bu gün ölkə Prezidenti İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən layiqincə davam etdirilir. Ölkədə uğurla həyata keçirililən bütün tədbirlər müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu artırır.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Heydər Əliyevi-əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamərində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə