Astarada “Ailə dəyərlərimizi qoruyaq” adlı tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, Artupa kənd diyarşunaslıq evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, DQİDK-nin Dini maarifləndirmə işinin təşkili şöbəsinin aparıcı məsləhətçisi Tural Vəlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərimiz və onun tərkib hisssəsi olan ailə dəyərləri haqqında danışılıb. Gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin mühüm rolu müzakirə edilib. Vurğulanıb ki, ölkəmizdə mövcud olan ailə dəyərlərini qoruyub saxlamaq olduqca vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə