Tarixçi alim beynəlxalq konfransda iştirak edib

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva İran İslam Respublikasının Tehran şəhərində keçirilən “İran Arxeologiya Cəmiyyətinin I Beynəlxalq konfransı”nda iştirak edib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Tarbiat Modares Universitetində iki gün davam edən konfransda Zeynəb Quliyevanın “Naxçıvan və Urmiya hövzəsinin Neolit mədəniyyətinin ortaq xüsusiyyətləri” mövzusunda ingilis dilində məruzəsi dinlənilib. Çıxışda I Kültəpə yaşayış yerindən 2014-2016-cı illərdə aşkar edilən arxeoloji materialların Urmiya hövzəsindəki Neolit dövrü abidələri ilə, xüsusən də Hacı Firuz yaşayış yerinin arxeoloji materialları ilə müqayisəli təhlili aparılıb.

Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə