UTGDİB yeni layihəsini həyata keçirtdi

Azərbaycan Respublikası “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyilə “Sağlam həyat tərzi, Geni Modifikasiya Olunmuş (GMO) ərzaq bitkilərinin orqanizmə təsiri” adlı layihəni Suraxanı rayonu B.Qulamoğlu adına 285 nömrəli tam orta məktəb, 279 saylı tam orta məktəb və Səməd Abdullayev adına 290 nömrəli məktəbində həyata keçirtdi.

SİA-nın xəbərinə görə Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi şəhid, əlil, qaçqın, məcburi köçkün, valideynsiz (bəzən hər ikisini itirmiş), və imkansız ailələrdən olan uşaq, gənc və tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 1000-dən çoxdur. Cəmiyyət müxtəlif profillər üzrə istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, uşaqlar arasında müsiqi festivalı, idman yarışları keçirərək qalibləri mükafatlandırır. Təşkilatın 8 rayonda şöbələri fəaliyyət göstərir.

Layihənin əsas məqsədi məktəblilərdə qida təhlükəsizliyinin təbliğ edilməsi, onlarınmaariflənməsi, sağlam həyat tərzinin təbliği və təşviqidir.

Layihədə 600 nəfərə iştirak edib və təşkilatın sədr müavini, layihə rəhbəri Bəxtimşah Tağıyeva onlara mövzuya uyğun məlumat verib. Layihə iştirakçılarına təsvirli köynəklər, papaqlar, sertifikatlar paylanılıb, layihə haqqında maarifləndirici bukletlər verilib.

Tədbirin sonunda hər məktəbdə şirniyyat süfrəsi açılıb.

GMO məhsullarının əldə edilməsi zamanı heyvan geninin bitkiyə və ya əksinə, bitki geninin bitkiyə və ya heyvan geninin heyvana köçürülməsi baş verir. Burada əsas məqsəd donor orqanizmlərdən arzu olunan əlamətləri idarə edən genlərin köçürülməsi və onların yeni sahib orqanizmdə sintez olunmasıdır. Gen köçürülməsi zamanı təkcə fərqli bitki növləri deyil, həmçinin heyvan orqanizmlərindən (balıq, əqrəb, siçan, müxtəlif həşəratlar və s.) ayrılmış genlər donor kimi istifadə olunur.auditoriya layihə haqqında məlumatlandırıldı.Gələcək nəslin sağlam qidalanmasını öyrənmək üçün respublikada genetik analiz aparılan labaratoriyalar yaradılmalıdır. Müasir genetika mühəndisliyi bütün dünyada ətraflı öyrənilir, məqsəd əgər insanın hər hansı bir hissəsi sıradan çıxıbsa onu yeniləmək, xəstəliyi aradan qaldırmaq və sağlam yaşatmaqdır. İnanırıq ki, bir gün bunlar həqiqətən olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə