Astaralılar 4000 ədəd ağac əkiblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Astara rayonunda il boyu silsilə tədbirlər keçirilib. SİA-nın məlumatına görə, bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı dekabrın 6-da bütün rayonlarda olduğu kimi Astara rayonunda da ağacəkmə kampaniyası keçirilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla rayonun bütün idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ələt-Astara avtomobil yolu boyunca geniş bir ərazidə 4000 ədəd, o cümlədən dəmirağac, akasiya, birgöz, badam, tuya, sərv və şam ağaclarının əkilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına bir töhfədir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə