Aeroport ərazisində 4 mindən artıq ağac əkilib FOTO

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları ağacəkmə aksiyası keçirib.

AZAL-dan SİA-ya verilən məlumata görə, aksiya zamanı Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisinin təmizlənmiş 10 hektar sahəsində 4 mindən artıq ağac əkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə