"Mehriban Əliyevanın sənətkara baş çəkməsi, sənətə verilən qiymətin ifadəsidir" RƏY-ÖZƏL

“Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xalq artisti, böyük sənətkar Əlibaba Məmmədova baş çəkməsi, səhhəti ilə yaxından maraqlanması sənətimizə, sənətkara verilən qiymətin ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanımının ölkənin mədəniyyət xadimlərinə böyük diqqət qayğı göstərdiyini deyən deputat qeyd edib ki, Mehriban xanım Əliyevanın bu sahədəki xidmətləri əvəzsiz və unudulmazdır: “Mehriban xanımın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sayəsində Azərbaycan muğamına ikinci nəfəs verildi”.

T. Rzayev vurğulayıb ki, bu istiqamətdə atılan addımlar nəticəsində Azərbaycan muğamı, muğam sənəti ikinci inkişaf-intibah dövrünə qədəm qoyub, Azərbaycan muğamının səsi dünyanın ən böyük, ən möhtəşəm salonlarından gəlir: “Sənətkarlarımıza sonsuz qayğı və diqqət isə tarixin yeni səhifələridir. Bununla hər birimiz qürur duyuruq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə