Erməni hərbçiləri arasında ölüm halları artıb

Dağlıq Qarabağda bir erməni hərbçisi ölüb, digəri isə yaralanıb. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağın qondarma Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya yayıb.
İnformasiyada qeyd olunur ki, dekabrın 2-də, səhər saatlarında Qarabağda Ermənistan Müdafiə Ordusunun hərbi hissələrindən birinin anbarında bir əsgər, 1998-ci il təvəllüdlü Artur İşxanoviç Adjamyan ölümcül yaralanıb. Həmçinin bildirilir ki, onu xilas etmək olmayıb və əsgər həyatını itirib.
Mətbuat xidmətindən verilən məlumata görə, daha bir hərbçi - 1999-cu il təvəllüdlü David Harutyunoviç Melikbekyan da yaralanıb.
Əsgərin ölümü və digərinin xəsarət alması hallarının hələ müəyyənləşdirilmədiyi, araşdırma aparıldığı qeyd olunur.
Göründüyü kimi, Ermənistan hərbisində qarmaqarışıqlıqlar davam edir və bu səbəbdən də əsgərlərin, hərbçilərin yaralanması və ölümü adi hala çevrilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə