AQTA Xaçmaz rayonunda sahibkarlarla görüş keçirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən SİA-ya verilən məlumata görə, AQTA əməkdaşları Xaçmaz rayonunda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndinin icrası ilə əlaqadar olaraq potensial ixracatçılarla görüş keçiriblər.

Agentliyin şöbə müdiri Əkbər Əliyev kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması istiqamətində Strateji Yol Xəritəsində nəzərdə tutulan işlər haqqında sahibkarlara məlumat verib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 6.3.5 bəndində sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi, beynəlxalq satndarların təmin edilməsi nəzərdə tutulub. Məlumat verilib ki, həmin bəndə əsasən ixrac məhsullarının beynəlxalq bazarların tələblərinə uyğunlaşdırılması üçün sertifikatlaşdırma sistemi təkmilləşdiriləcək, həmçinin beynəlxalq sertifikatların alınmasında ixracatçı fermerlərə dəstək veriləcək.

Sonda sahibkarların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə