““Milli Şura”da Tofiq Yaqublu üçün sərin küləklər əsir” RƏY-ÖZƏL

"Tofiq Yaqublunun “Milli Şura”nın sədri olması ilə tanışam. Hesab edirəm ki, T.Yaqublunun “Milli Şura”nın sədrliyi məsələsinin Cəmil Həsənli tərəfindən irəli sürülməsi təklifi sadəcə olaraq gündəmə atılmış qeyri real bir təklifdir". Bunu SİA-ya açıqlamasında "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, yəni T.Yaqublunun “Milli Şura”ya sədrliyini əksəriyyəti cəbhəçilərdən ibarət olan “Milli Şura” tərəfindən qəbul edilməyəcəkdir: "Yəni bu sadəcə olaraq, həbsdən yenicə çıxmış T.Yaqublunun müəyyən qədər əhval-ruhiyyəsini yüksəldilmək üçündür. Qaldı ki, C.Həsənliyə, C.Həsənli bu vəzifədən artıq bezib. C.Həsənlinin səhhətində problemlər var və ona görə də, “Milli Şura”nın sədrliyindən yaxasını qurtarmağa çalışır. Ancaq düşünmürəm ki, T.Yaqublu “Milli Şura”ya sədr seçilsin. Çünki onlar bilirlər ki, T.Yaqublu Müsavat partiyasının üzvudur, qurultay keçirildi və qurultayda nəyin ki, sədrliyə, başqanlığa namizəd vermişdir, başqanlıq bir yana heç məclis üzlüyinə də düşmədi. Deməli Müsavat partiyasında müəyyən qədər mövqeyini itirmiş bir adamın “Milli Şura”da sədr seçilməsini mən real qiymətləndirmirəm. Bu sadəcə olaraq, həbsdən yenicə çıxmış T.Yaqubluya həvəsləndirməsi məsələsidir. Hələ “Milli Şura”nın qurultayına xeyli vaxt var, ona qədər çoxlu küləklər əsəcək və düşünürəm ki, bu küləklər bir o qədər də isti olmayacaq, yəni “Milli Şura”da T.Yaqublu üçün sərin küləklər əsir".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə