Azərbaycanda qadın sahibkarların sayı artıb Hicran Hüseynova

Azərbaycanda qadın sahibkarların sayı artaraq 186 min 390 nəfərə çatıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 22-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Komitə sədri deyib ki, 2012-ci ildə bu rəqəm 73 min 469 olub. Bu gün Azərbaycanda qadınların sahibkarlıqla məşğul olmaları üçün bütün imkanlar var. Kənd yerlərində qadınların fəallığının artırılması istiqamətində işlər gedir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə