Bu peşələr məhv olmaq riskindədir

Taksi sürücüsü, satıcı və yük daşıyan kimi peşələr yeni texnologiyalara görə ən çox məhv olmaq riskindədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İnternet İnkişafı İnstitutunun (İRİ) RT mütəxəssisləri məlumat veriblər.

Onların fikrincə, bu sahədə çalışanların işində nadir hallarda təxəyyül və yaradıcılıq tələb olunur: “Bu baxımdan insanların yaradıcı və emosional zəkasının iştirak etmədiyi, mexaniki hərəkətdən ibarət olan peşələr daha çox risk altındadırlar”.

Ekspertlər qeyd edib ki, bu peşə sahibləri çətin qərarlar qəbul etmək təhlekəsi altında qalmırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə