Yeni Azərbaycan Partiyası - xalqın partiyası

YAP Xaçmaz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 27 illiyinə həsr olunan tədbir keçirib

Bu gün YAP Xaçmaz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 27 illiyinə həsr olunan tədbir keçirib. İlk öncə, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzərək, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev partiyanın keçdiyi tarixi yol və qarşıda duran vəzifələrdən danışıb. O, xatırladıb ki, 16 oktyabr 1992-ci ildə bir qrup Azərbaycan ziyalısı Ümummilli Liderimiz Heydər Əliyevə Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə müraciət ediblər: "Ölkəmizin çox ağır şəraitində, böyük təzyiqlər altında Naxçıvanda 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfər nümayəndənin təmsil olunduğu Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ümummilli Liderimiz Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Yeni Azərbaycan Partiyası mühüm siyasi mübarizə və təşkilatlanma yolu keçmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə, qısa müddət ərzində siyasi sabitlik və sosial-iqtisadi inkişaf bərqərar olundu".

Ş.Xanbabayev, həmçinin, Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb: "Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində, sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır. Yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri və ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib".

Tədbirdə Milli Məclisin üzvü Eldəniz Səlimov, rayon icra hakimiyyəti başçısının I müavini İlhamə Nəzərova, rayon təşkilatının gənclər birliyinin üzvü Ülkər Lətifova, rayon təşkilatı Susay ərazi ilk partiya təşkilatının sədri Amil Rəhimov çıxış edərək, partiyanın 27 il ərzində keçdiyi şanlı

yoldan, əldə etdiyi naliyyətlərdən, ölkəmizin iqtisadi inkişafından, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən danışıblar.

Sonda partiya sıralarına daxil olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...