21 Noyabr Tütünçəkmədən İmtina Gününə həsr edilən tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında 21 noyabr Tütünçəkmədən İmtina Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirin açılışında çıxış edən Hospitalın ümumi məsələlər üzrə rəis müavini Ceyla Əhmədxanova tütünçəkmənin bəşəriyyət üçün ciddi təhlükə yaratdığını və qlobal problemlərdən biri olmasını qeyd edib. Tədbirdə invaziv kardioloq Emin Hacıbalayev, uzman uroloq Bəhruz Xalıqov, uzman ümumi cərrah Elnur Pirəliyev, uşaq cərrahı Vüsal Cəfərov, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxış edərək tütünün təhlükəsi və insan sağlamlığına göstərdiyi zərərlərindən danışıblar. Qeyd edək ki, Beynəlxalq Tütünçəkmədən İmtina Günü hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd olunur və siqaretin təhlükəsi barədə insanların maarifləndirilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir.

Tədbirdə həkimləri siqaretə qarşı mübarizəyə fəal iştirak etməsinin mühümlüyü qeyd olunub.

Gəlin, tütünsüz yaşayaq və sağlam olaq!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...