Deputatlarımız beynəlxalq tədbirdə ermənilərin cavabını verdilər AÇIQLAMA

"Sofiyada növbəti dəfə erməni deputatların siyasi təxribatının qarşısı alındı". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istəyiblər: "Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və "dağlıq qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı-Tbilisi-Kars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını onların və tədbir iştirakçılarının nəzərinə çardırdım. Azərbaycanın mövqeyi belədir ki, Ermənistan qoşunları Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycan iqtidadi layihələrinfən yüz milyonlarla gəlir ala bilərdi".

A.Mirzəzadə əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edərək Ermənistan nümayəndələrinin beynəlxaq tədbirdə "arsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi: "Azərbaycan deputatları Musa Quliyev və İlham Əliyev də Ermənistanın işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə