Erməni xalqı bəlalar burulğanında TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir"

Belə bir atalar sözü var, "adamın özünə etdiyini, kimsə ona edə bilməz". Erməni xalqı da Nikol Paşinyan adlı küçə təfəkkürlüsünü baş nazir kreslosuna gətirməklə, başlarına bəla gətirdi. Hakimiyyətə yalan vədlər verməklə gələn Nikol Paşinyan verdiyi vədlərin nə olduğunu, bu gün də xatırlaya bilmir. Çünki yalan danışan, heç vaxt əvvəl dediyi sözü yadında saxlaya bilmir. Bu, təəccüb doğurmur. Küçə təfəkkürlü küçə "demokratı" siyasətin mənasını anlamadığı üçün sərsəm "bəyanatlar" verməklə, elə zənn edir ki, Ermənistanda hakimiyyətdə olanlardan daha "artıq siyasi təcrübəyə malikdir". Ancaq anlamır ki, başını cəngələ salmaqla yanaşı, oturduğu "kresloya" "əlvida!" deməyin ömrünü qısaldır.

İstər həkimiyyətdə odluğu müddətdə, istərsə də deputat olduğu zamanlarda dediyi fikirlərə diqqət yetirsək, bir daha görərik ki, bu quduzlaşmış faşist xislətli Paşinyan bütün dövrlərdə verdiyi vədinə xilaf çıxıb. Bu yerdə, N.Paşinyanın hələ deputat olanda, Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bir dəfə parlamentdə çıxışında bəyan etmişdi ki, "satqınlığın əsasında yalan durur. Və bu yalanı dilinə gətirən insan, heç kimi yox, özünü aldadır". Bu sözləri özünün "faceboook" səhifəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yazıb. Daha sonra isə, baş nazirin verdiyi bəyanatların, vədlərin yalan olduğunu bildirib: "Məsələn, Paşinyan deyirdi ki, vendetta olmayacaq - amma var. Paşinyan ümumi birlik vəd edirdi. Lakin cəmiyyəti "ağlara" və "qaralara" böldü. Məhəbbət və razılıq əvəzinə, nifrət aşılamağa başladı. Bundan əlavə, pensiyalarla bağlı artım olacağını bildirsə də, indi susmağa üstünlük verir. "Qırmızı xətlərə" qarşı çıxırdı - bu gün isə, onlar mövcuddur. Baş nazir videokameralara qarşı çıxırdı - bu gün isə, onlar hələ də qalır".

Əlavə edib ki, baş nazir dəfələrlə vəd edirdi ki, ölkəyə investisiya axını baş verəcək: "Amma hazırda hər hansı real investisiyadan söhbət gedə bilməz. Bütün sahələrdə inkişaf olacağını bildirirdi. Bu vədin də puç olduğu üzə çıxır. Avropa İttifaqı ilə razılaşmanı təbliğ edirdi, indi isə əksinə, onu tənqid edir. Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına üzvlüyə qarşı çıxırdı. Bu gün isə, əksinə, bildirir ki, bu təşkilatlarda qalmaq üçün üz lazımdır".

Eduard Şarmazanov: "Nikol Paşinyan hakimiyyətə gəlməklə, 2019-cu il işğalçı ölkəyə bahalaşma ilə girdi"

Eduard Şarmazanov onu da bildirir ki, dövlət siyasətindən xəbərsiz olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən 2019-cu il işğalçı ölkəyə bahalaşma ilə girdi: "Bu da, səbəbsiz deyildi. Bu, Ermənistanda baş verməli idi. Söhbət Moskvanın siyasi təzyiq vasitələrindən gedir. Belə ki, Nikol fəaliyyətə başladığı ilk gündən başladı Rusiyaya qarşı sərsəm bəyanatlar ünvanlamağa. Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikola dəfələrlə xəbərdarlıq ismarışları və mesajları göndərməklə, ona bu oyunlardan əl çəkməyi məslə9hət görsə də, Paşinyan yenə də sərsəm bəyanatlar verməkdən çəkinmədi. Belə bir atalar sözü var, "keçinin buynuzu gicişəndə, onu çobanın çomağına sürtər". Elə bu səbəbdən də, V.Putin Ermənistan prezidenti Armen Sarkisyana, üstəlik, Ermənistanın eks-prezidentləri - Serj Sarkisyanı və hazırda həbsdə olan Robert Koçaryanı da təbrik etdi. Beləliklə, Paşinyan hakimiyyətinin kritik günləri başladı".

Paşinyan 2020-yə baş nazir kimi keçməyəcək

Bu yerdə deyirlər,: "adam özünə etdiyini kimsə, etməz". Bir də kələklə gələn, küləklə gedər. Bu həqiqəti Paşinyan "feysbukda" canlı yayım zamanı eks-prezident Serj Sarkisyan dönəminə aid olan məxfi sənəd haqqında danışarkən, bildirmişdi ki, Ermənistan institusional iflic vəziyyətindədir. Onun ardınca da, qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu il də, Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olmuşdur. 2020-ci ilin ağır keçəcəyi proqnozu verilməkdədir. Belə olan halda, bu faşist xislətli Nikoldan soruşmaq lazımdır: kimdir günahkar? O zaman erməni xalqı bu kimi dələduzlardan niyə qurtulmur? İşğalçı ölkənin bir sıra politoloq və təhlilçiləri bildirirlər ki, Ermənistana rəhbərlik edənlərin hamısı eyni səvviyyəli dələduzlardır. 2016-cı il aprel savaşı Ermənistan ordusundakı böyük qüsurları ortaya çıxardısa, o zaman erməni xalqı N.Paşinyan kimi faşisti hakimiyyətə gətirdi.

Təhlilçilər bildirirlər ki, bu da, erməni xalqının populist çıxışlara inanıb, sabaha ümidlə yaşadıqlarından irəli gəlir və nəticədə, N.Paşinyan kimi dələduzların hakimiyyətə gəlməsi ilə əzabı xalq çəkir. Belə olan halda, erməni xalqı gec də olsa, anlamalıdır ki, düşmən ölkə Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymalıdır.

Məhz buna görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı öz qətiyyətini və ciddiliyini ortaya qoyaraq, dönə-dönə xəbərdarlığını edir.

"Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz"

Azərbaycan Prezidenti İlham Əliyev "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir" deyərək bildirib ki, əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik: "Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir".

Prezident İlham Əliyev bütün çıxışlarında, bir daha bəyan edir ki, bu gün qarşıda duran əsas məqsəd bütün beynəlxalq təşkiltlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu Azərbaycanın dünyanın ən nüfuzlu təşkiltlarında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması, aparılan uğurlu xarici siyasətin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə, tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm problemə çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk Qrupu yaradıldı. Həmin vaxtdan 27 il keçir. Həmsədrlərin bölgəyə səfərləri, münaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin təşkil olunmasında göstərdikləri səylər, öz aralında müzakirələr aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandarın konkret nəticəsidir. Ulu Öndər Heydər Əliyev həmsədrlərin vasitəçilik missiyasına münasibət bildirərkən, daim bu fikri vurğulayırdı ki, bu vəzifə yalnız bölgəyə nəticəsiz səfərlərdən ibarət deyil. Münaqişənin beynəlxalq problemə çevrilməsi həllinin uzanmasında əsas amillərdən biridir. Hər bir dövlət məsələyə öz maraqları baxımından yanaşır və marqların toqquşması problemin həllini uzadır.

"Mən hesab edirəm ki, bizim atdığımız addımlar həm danışıqlar prosesində mövqeyimizin möhkəmlənməsinə, həm də bu məsələlərlə məşğul olan tərəflərin fəallaşmasına gətirib çıxarıbdır" deyən dövlət başçısı İlham Əliyev onu da vurğulayıb ki, bu gün dünyada açıq-aydın dərk edilir ki, bu bölgənin uğurlu inkişafı üçün dondurulmuş münaqişələr öz həllini tapmalıdır: "Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır." Prezident İlham Əliyev qeyd edir ki, növbəti beş ildə də ərazi bütövlüyümüzün təmin olunmasına yönəlmiş diplomatik səylər daha da gücləndiriləcək, silahlı qüvvələrin daha çevik idarə edilməsi və texniki təchizatının modernləşdirilməsi sahəsində görülən işlər davam etdiriləcək, ordunun gücü və döyüş qabiliyyəti ardıcıl olaraq artırılacaq, əhalinin, xüsusilə də, gənclərin vətənpərvərlik tərbiyəsi gücləndiriləcəkdir. Güclü ordu potensialı yaradılmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yaxınlaşdırılır.

Qeyd edək ki, xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmışdı. Bu gün Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilmişdi. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev bildirir: "Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır".

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində son on altı ildə Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub və bu keçirilən görüşlərində danışıqların əsas mövzusu işğal altında olan bütün torpaqlarımızın qaytarılması, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasıdır. Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları, təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməlidir: "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik".

Bir sözlə, işğalçı ölkənin işğalçı baş naziri Paşinyan anlamalıdır ki, bu oyundan geri çəkilməlidir. Çünki Soçi və Aşqabad görüşlərində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı artıq Ermənistan cəmiyyətində Paşinyan rejiminə qarşı böyük nifrət və inamsızlıq formalaşdırdı. Onun yenidən sərsəm bəyanatlarla çıxış etməsi isə, ölkədaxili ictimai-siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəsə də, nəticə uğursuzdur.

Bir sözlə, Ermənistan nə qədər təxribat törətmək istəsə də, Paşinyan və komandası da daxil olmaqla, bütövlükdə, erməni toplumunun qurtuluşu və xilası, məhz elə Azərbaycanla bağlıdır.

Nəticə: Məhz Ermənistanın son günlərdəki durumu, bir daha göstərir ki, Ermənistanda inkişaf və sabitlik, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər, bərqərar olmayacaq. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparmamalıdır. Çünki yekun eyni olacaq, daha dəqiqi, daha pis... Yəni Ermənistanda inkişaf və sabitlik, Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər, bərqərar olmayacaq!!!

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə