Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi müzakirə edilib

Bu gün Ukraynanın paytaxtı Kiyevdə keçirilən GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclasında Azərbaycanın quruma sədrliyi dövründə həyata keçiriləcək layihələr müzakirə edilib. SİA xəbər verir ki, iclasda çıxış edən Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın sədrliyi dövründə enerji, nəqliyyat, infrastruktur, gömrük və ticarət sahələrində layihələrə böyük diqqət yetiriləcəyini bildirib. GUAM-a üzv ölkələr arasında razılaşdırılmaqda olan sənədlərin imzalanması nəzərdən keçiriləcək.

Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.

İclasda, həmçinin yaxın vaxtlarda GUAM-ABŞ, GUAM+Yaponiya formatında görüşlərin keçirilməsi müzakirə edilib. GUAM+Kanada formatında görüşün təşkili üçün danışıqların aparıldığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...