FHN Akademiyasının nümayəndə heyəti Rusiyada görüşlər keçirib

Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada səfərdə olub. FHN-dən SİA-ya bildiriblər ki, səfər çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Dövlət Yanğından Mühafizə və Mülki Müdafiə akademiyalarında, həmçinin Noginsk Xilasetmə Mərkəzində görüşlər keçirilib.

Görüşlərdə nümayəndə heyətinə həmin qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin FHN-in Akademiyası ilə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə