SƏS Media Qrupun 5 əməkdaşı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" medalı ilə təltif olundu FOTOLAR

Bu gün SƏS Media Qrupun iclas salonunda təntənəli mərasim keçirilib. SİA-nın verdiyi məlumata görə, buna səbəb Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin imzası ilə SƏS Media Qrupun 5 əməkdaşının "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi olub.

SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək dövlətimizin mediaya verdiyi dəyəri yüksək qiymətləndirib və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə təşəkkür edib: "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" medalı ilə mən və bizim Media Qrupun daha dörd əməkdaşı təltif olunduğumuza görə SƏS Media Qrupunun adından Dövlət Sərhəd Xidmətinin rəisi General-polkovnik Elçin Quliyevə dərin minnətdarlığımızı bildiririk. Vətən sərhəddən başlayır və sərhəddə gecə-gündüz ayıq-sayıq xidmət aparanlar isə əsil qəhrəmanlardır. Bu müqəddəs işdə bütün sərhədçilərə uğurlar arzulayırıq".

B.Quliyev xüsusi olaraq qeyd edib ki, bu təltifləri bütün SƏS-çilərin dövlətçilik uğrunda xidmətinə verilən dəyər kimi qiymətləndiririk: "Bu yolda dönmədən çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə