Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən Azərbaycan üzrə əhalinin sayı 63 009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10 044 466 nəfərə çatıb.

SİA-nın məlumatına görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...