Əhalinin istiliklə təchizatı üçün qaz müvəqqəti kəsiləcək

Bu gün saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

SİA-nın məlumatına görə, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirilib.

Onun sözlərinə görə, fasilələr həmin rayonda əhalinin istiliklə təchizatı üçün görüləcək vacib işlərin icrası ilə əlaqədardır. Belə ki, “Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Həmçinin məlumata görə, Xətai rayonu, Nobel prospekti 22-34 saylı məhəllədə yerləşən “SOCAR PETROLEUM” QSC-yə məxsus 21 saylı yanacaqdoldurma məntəqəsinin CNG sistemləri üçün çəkilmiş 159 mm diametrli yüksək təzyiqli daşıyıcı qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu işin icrası üçün bu gün saat 10:00-dan etibarən Xətai rayonunun böyük bir hissəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...