Bako Saakyanın Avropada dilənçilik turnesi

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” B.Saakyan Brüsselə gəlişi çərçivəsində 8 noyabr tarixində axşam “Hay Doun” erməni mərkəzinin yeməkxanasında Brüssel-Paytaxt parlamentinin 6 keçmiş və 2 hazırki (Julien Uyttendaele və Mari Lecocq) üzvü, eləcə də fransızdilli Löven Katolik Universitetinin erməni dili kafedrasının rəhbəri Bernar Kuli ilə qeyri-rəsmi şəraitdə görüşmüşdür. Bu şəxslərin hər biri Brüsseldə yaşayan varlı iş adamı Kaspar Karampetyanın korrupsiya şəbəkəsində təmsil olunan, eləcə də onun təşkilatçılığı və müşayiəti ilə işğal edilmiş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycana girişi qadağan edilmiş şəxslərdir. Lakin Kaspar Karampetyanın bütün cəhdlərinə baxmayaraq, qanunsuz rejimin “nümayəndəsi” Belçikada yerləşən yerli, Avropa İttifaqı və NATO-ya məxsus hər hansı rəsmi qurumlarda qəbul edilməmişdir.

B.Saakyanın cəhdlərinə baxmayaq o nə Avropa Parlamenti, nə Belçikanın federal parlamenti, nədə ki, Valloniya və Brüssel-Paytaxt parlamentlərində qəbul edilməmiş, yalnız Flandriya Parlamentinin binasında millətçi və separatçı Yeni Flamand İttifaqı (N-VA) partiyasının anti-türk əhval-ruhiyyəli üzvləri Karl Vanluve və Mark Demesmaker tərəfindən qəbul edilmişdir.

Saakyanın qeyri-rəsmi şəraitdə görüşdüyü Brüssel-Paytaxt parlamentinin üzvü Julien Uytendaele isə adı korrupsiya qalmaqallarında hallandırılan ailənin üzvüdür. Belə ki, onun anası Laurette Onkelinks ədliyyə naziri olarkən 2014-cü ildə öz həyat yoldaşı (sözügedən regional deputatın atası) Mark Uyttendaelenin şirkətini 245000 avro məbləğində hüquqi konsultant kimi cəlb etməkdə ittiham edilmişdir. O, Sosialist Partiyasında səs-küylü korrupsiya qalmaqallarının ardınca 2017-ci ildə federal parlamentdə sosialist qrupunun rəhbəri vəzifəsini, 2019-cu ildə isə Belçika siyasi səhnəsini tərk etmişdir.

B.Saakyan növbəti gün - 9 noyabr tarixində Brüsseldəki erməni diaspora təşkilatları tərəfindən təşkil edilən maliyyə-toplama banketində iştirak edərək, erməni mənbələrinə əsasən 2.4 mln ABŞ dolları məbləğində vəsait yığmışdır ( sonuncu dəfə 2017-ci ildə baş tutmuş bənzər tədbirdə 3,9 mln ABŞ dolları toplanmışdı). B.Saakyanın ənənəvi “dilənçilik” turnesi bununla da başa çatmışdır.

Bu səfərin təşkilatçısı Brüsseldə kriminal-almaz biznesi ilə məşğul olan Kaspar Karampetyandır. Kaspar Karampetyanın kriminal fəaliyyəti barəsində əlavə yazıların hazırlanması xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...